Şirkətdə işə düzəlmək istədi - 1100 manatını mənimsədilər

28 Fevral 2016 17:26 (UTC+04:00)

AzNews.az lent.az-a istinadən xəbər verir ki, Arbatan kənd sakini, 1986-cı il təvəllüdlü Əzizov Dəyanət Məmmədhəsən oğlu müraciət edərək bildirib ki, tanışı onun 1100 manatını mənimsəyib. Şikayətçi qeyd edib ki, keçən ilin 11 noyabr tarixində Dadaş adlı şəxsə onu şirkətlərdən birində işə düzəltməsi üçün pul verib. Lakin həmin şəxs vədinə əməl etməyib və pulu geri qaytarmayıb.

Araşdırma aparılır.