“Boşanmasan, ərini öldürəcəm“ - Türk kişi azərbaycanlı qadını hədələyir

28 Fevral 2016 18:05 (UTC+04:00)

AzNews.az-ın Lent.az-a istinadən məlumatına görə, 1989-cu il təvəllüdlü Abbasova Leyla Sakit qızı (ad və soyad şərtidir) şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, Türkiyə vətəndaşı olan Mustafa adlı şəxs onu hədələyir. 27 yaşlı qadın ərizəsində bildirib ki, həmin şəxs ondan həyat yoldaşından boşanaraq onunla evlənməsini tələb edir. Əks halda həyat yoldaşını da, qardaşını da öldürəcəyini deyir.

Qadın əlavə edib ki, Mustafa onu keçən ilin noyabrın 5-dən bəri təhdid edir. O, sms-ləri polisə təqdim edir.

Araşdırma aparılır.