Bakıda qızıl davası - 165 min dollarlıq

28 Fevral 2016 20:21 (UTC+04:00)

AzNews.az-ın Lent.az-a istinadən məlumatına görə, 1968-ci il təvəllüdlü Qasımov Rövşən Həsənağa oğlu müraciətində bildirib ki, 2014-cü ilin 24 noyabr tarixində, tanışı, 1972-ci il təvəllüdlü Dadaşov Dadaş Ağabala oğluna 165 min dollar dəyərində qızıl zinət əşyaları verib. D.Dadaşov həmin qızılları Mərkəzi Univermaqdakı mağazada satıb pulunu verəcəyini deyib. Lakin üstündən xeyli keçməsinə baxmayaraq qızılın dəyəri ödənilməyib.

Müraciət əsasında araşdırma aparılır.