Cüdoçularımızdan Açıq Avropa Kubokunda - 1 qızıl, 1 bürünc medal

28 Fevral 2016 21:04 (UTC+04:00)

AzNews.az-ın Report-a istinadən məlumatına görə, hər iki medal bu gün əldə olunub.

90 kq. çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Mehdiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ardıcıl olaraq, holland Riko Harder, finlandiyalı Samuli Viitanen, litvalı Karolis Bauza, polşalı Patrik Çexomski və ispan David Ruis Zayakı üstələyib.

100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri isə qazax Dauren Nuralinovu yensə də, 1/4 finalda monqol Temuulen Battulqaya yenilib. Nəticədə o, mübarizəni təsəlliverici görüşlərdə davam etdirib. Bu mərhələdə Kokauri fransalı Hamza Uşani və ukraynalı Andrey Kolesniki yenərək, bürünc medala sahib çıxıb.
Ötən gün isə Davud Məmmədsoy (60 kq) 7-ci yeri tutub.

Bu nəticələrdən sonra Azərbaycan 2 qızıl, 1 gümüş, 1 bürünc medala malik Çexiyadan geri qalaraq, ümumi komanda sıralamasında 52 ölkə arasında 2-ci yeri tutub.