Ərdoğan məhkəmə qərarını qəbul etmədi - Parlamentdə dava düşdü (Video)
28 Fevral 2016 22:49 (UTC+04:00)
Prezidentin məhkəmənin qərarına hörmət etməməsi parlamentdə davaya səbəb olub.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gün keçirilən iclasında CHP-dən olan deputatlar Ərdoğana etiraz ediblər.
Müxalifət təmsilçilərinin sərt çıxışna hakim AKP-nin cavabı gecikməyib. Deputatların söz dueli sonda əlbəyaxa davaya çevrilib.
CHP-li Barış Yarkadaş ile AKP təmsilçisi Mehmet Metinerin davasına deputat həmkarları müdaxilə edib.


AzVision.az