Keçmiş nazir güllələndi - Tiflisdə

28 Fevral 2016 23:27 (UTC+04:00)

AzNews.az Publika.az-a istinadən xəbər verir ki, Azad Demokrat Partiyasının rəhbəri Aleksi Petriashvili fevralın 26-da naməlum şəxslərin hücumuna məruz qalıb. 2012-2014-cü ildə Avropa və Avro-Atlantik İnteqrasiya naziri işləmiş 45 yaşlı Petriashvilinin silahlı şəxslərin hücumundan əvvəl təhqir olunduğu deyilir.

Petriashvilinin arvadı Ekaterine Mishveladzenin sözlərinə görə, o, ayağından və qarnından üç güllə yarası alıb. O, hücumun sui-qəsd olduğu qənaətindədir. Hücumla bağlı cinayət işi açılıb.