Sərdar Həmidov dünyasını dəyişdi

28 Fevral 2016 23:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə müsavat.com-a onun yaxınları məlumat verib. Bir neçə gün öncə qəfildən halı pisləşdiyi üçün ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya ("Semaşko"-red.) yerləşdirilən S.Həmidov bu gün axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.