Niyazi küçəsindəki daşlı yol ləğv edildi

29 Fevral 2016 00:03 (UTC+04:00)

Prezident Administrasiyası ilə Azneft dairəsi arasındakı yola asfalt çəkilib.

"Bakı Şəhər Halqası"ndan verilən məlumata görə, bu, Formula 1 yarışı ilə əlaqədar görülən müvəqqəti tədbirdir. Yarışdan sonra asfalt xüsusi vasitə ilə ləğv ediləcək və Niyazi küçəsi ənənəvi görkəminə qayıdacaq.

Qeyd edək ki, Niyazi küçəsi UNESCO-nun ümumdünya irsinə daxildir


Musavat.com