Daha bir ölkədə terror - 21 nəfər öldü

29 Fevral 2016 00:14 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə polisə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Bazar günü Somalinin cənub-qərbində yerləşən Baydabo şəhərində iki terrorçu-kamikadze restoran qarşısında iki minalanmış avtomobili partladıb. Həmin zaman restoranda xeyli sayda insan olub.

"Əş-Şabab" qruplaşması törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.