Ağcabədidə çayxana yandı

29 Fevral 2016 09:41 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi rayonu, Sarıcalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan çayxananın tavanı 30 kv.m sahədə və 2 ədəd soyuducu yanıb. Çayxananın qalan hissəsi yanğından mühafizə olub. Yanğın saat 00:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.