Avtobus 2 məktəblini vurdu - 1-i öldü

29 Fevral 2016 09:49 (UTC+04:00)

Maştağa qəsəbəsində 172 saylı marşrut avtobusu idarəetmədən çıxaraq, yol kənarında dayanan iki məktəblini vurub.

Şahidlərin verdiyi məlumata görə, nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə yüngül xəsarət alıb. Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilir.

Sabunçu rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. İdarədən bildirilib ki, hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

APA.az