Federika Mogerini Azərbaycana gəlir

29 Fevral 2016 09:56 (UTC+04:00)

Bu barədə AzNews.az-a Azərbaycan XİN-dən məlumat verilib.

29 fevral-1 mart 2016-cı il tarixində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Mogerini Azərbaycan Respublikasına səfər edəcək.

Səfər çərçivəsində Federika Mogerininin 29 fevral 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.