Bakıda 25 kilometrlik Bulvar olacaq

29 Fevral 2016 10:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu zaman dəniz şelfinin hesabına əldə olunan 50-200 metr enində sahil zolağında iri mehmanxanalar, biznes, ticarət, xidmət və əyləncə obyektləri yerləşdirmək, yeni 8-10 zolaqlı magistral yolların və bu magistral üzərində Bakı Metropoliteninin yeni xəttinin çəkilməsi, eləcə də turistlər üçün xüsusi nəqliyyat və elektromobillərlə gəzinti üçün yolların tikintisi nəzərdə tutulur.

Həmçinin, Bakı Buxtasının sahil zolağında idman, istirahət və əyləncə obyektləri, çimərliklər, sahil gəzintiləri üçün biri-biri ilə bağlı olan park və bağlar yerləşəcək.