Yol polisi ilə qadın sürücünün davası haqda - Açıqlama

29 Fevral 2016 10:54 (UTC+04:00)
AzNews.az xəbər verir ki, "Qafqazinfo" məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polis İdarsəinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlayıb. O bildirib ki, hadisədən məlumatlıdır, hazırda araşdırmalar aparılır: "İlkin əldə olunan məlumata görə, qadın polisin əmrinə tabe olmayıb, onun üzünü cırmaqlayıb. Hazırda həmin polis hospitaldadır. Xanımın əri də maşında olub. Sürücünün sənədi olmayıb. Sürücü isə Xətai rayon məhkəməsində cərimə olunub. Hadisə barədə ətraflı məlumatı isə bir azdan verəcəyik".