Avtobus ana və qızını vurdu - Ölən var

29 Fevral 2016 11:04 (UTC+04:00)

Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə fevralın 27-də Parlament prospektində, Milli Məclisin qarşısında qeydə alınıb. 63 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobus yolu keçən 1980-ci il təvəllüdlü Səadət Hüseynova və onun qızı, 2000-ci il təvəllüdlü Nuranə Hüseynovanı vurub. Nəticədə ana aldığı xəsarətdən hadisə yerindəcə ölüb. N. Hüseynova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

APA.az