Masallıda qaz borusunda partlayış oldu - Yaralanan var

29 Fevral 2016 12:38 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, fevralın 28-də saat 16 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakini Həsən Abbasov kanalizasiya borusunun içərisində təmir işləri apararkən oradan keçən qaz borusundan təbii qazın sızması nəticəsində partlayış baş verib. Yanıq xəsarəti alan H.Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.