TQDK bakalavrlara müraciət etdi

29 Fevral 2016 13:32 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bakalavrlar elektron ərizələrinə daxil olmaqla (https://eservices.tqdk.gov.az/brxvmag/?frm=egov) 2016-cı il martın 6-da keçiriləcək Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürə bilərlər.

Qəbul imtahanında iştirak etmək üçün bakalavr imtahanın yeri və keçirilmə tarixi qeyd olunan "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyətini təsdiq edən sənədi mütləq imtahana gətirməlidir.