Ağırlıqqaldıranlarımızın cəzası ləğv edildi

8 Noyabr 2012 13:58 (UTC+04:00)
2010-cu ilin Avropa çempionatında iştirak etmiş Azərbaycan millisi problem yaşadı. Dopinq nəzarət zamanı, 2 ağırlıqqaldıranımızın qanından qadağan olunmuş pereparat tapıldı. Belədə, Zülfüqar Süleymanov (62 kq) və Rövşən Fətullayev (94 kq) 4 il yarışlarda iştirak etməkdən məhrum edildilər.

Amma bu günlərdə hər 2 idmançımıza xoş xəbər gəlib. Ağır Atletika Federasiyasının icraçı direktorunun AzNews.az–a verdiyi məlumata görə, ağırlıqqaldıranlarımızın cəzası 4 ildən 2 ilə endirilib. Bu isə o deməkdir ki, yığmamızın üzvləri bundan sonra tunirlərdəki çıxışlarını bərpa edə biləcəklər.

Sözü gedən hadisəyə gəlincə, yaxın günlərdə Qvatemelada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) toplantısı keçirilib. Yığıncaqda ilk dəfə dopinqə düşən idmançıların cəzası 4 ildən 2 ilə endirilib. Qərar bundan sonraya qüvvəyə mindiyindən, Azərbaycan tərəfi İWF-ə xahiş etməli olub. Beynəlxalq federasiya bizim müraciətimizə müsbət yanaşıb.

Kamran Hacı
AzNews.az