Tolik Seymur Baycana sponsorluq etmək istəyir - Müraciətə cavab

29 Fevral 2016 14:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, onun bu müraciətinə Prodüser Tolik (Tarix Əliyev) cavab verir. Tolik onun kitabının maliyyələşməsinə köməklik edəcəyini deyib: "Seymur Baycanı şəxsən tanımıram. Amma 2 il qabaq mənim haqımda böyük məqalə yazmışdı. Düzdür, məni həm tənqid etmişdi, həm də haqqımda cox yüsək fikirdə idi. Sənəti olan insanlar başqasının uğuruna sevinmir. Düşünür ki, niyə axı mən 3 diplom sahibi, ali savadlı olmağıma baxmayaraq, dünən gəlib populyar olan, heç bir universitet qutarmayan birinin indi maşını, evi, nə bilim az da olsa imkanı var. Amma bu Allahın verdiyi ruzidir.

Seymur bəy kitabın çap olunması üçün lazım olan məbləği açıqlasa, mən çalışacağam ki, onu maliyyələşdirim. Çünki onsuz da indiki imkanlı "dayday"lara kitab, kino, teatr maraqlı deyil, onlara yalnız müğənni (qadın) olsun, yanında getsin ora-bura, ona pul xərcləsin, dost tanışı da bilsin ki, filankəsi filankəs saxlayır".

Bahar RÜSTƏMLİ
AzNews.az