İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul etdi

29 Fevral 2016 14:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.

TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.