Seymur: “Tolikin adını qara şriftlərlə yazacağam”

29 Fevral 2016 15:37 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, o, Tolikin insani münasibət göstərdiyini bildirib: "Bu vaxta qədər kitab nəşr edəndə kitabın nəşrinə köməklik edən adamların adın çəkməmişəm. Bəzən bunu özləri də istəməyib, amma Tolik kitabın nəşrinə həqiqətən də sponsorluq etsə bu dəfə ənənəni pozacağam. Kitabın elə birinci səhifəsinə iri və qara şriftlərlə yazacağam ki, kitabın nəşrində göstərdiyi köməkliyə görə Tolikə dərin minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, Seymur Baycan yeni kitabının nəşrinə sponsor axtardığı ilə bağlı müraciət yayıb. Tolik isə onun kitabını maliyyələşdirməyə hazır olduğunu bildirib.