İranda tualet kağızı qadağası

8 Noyabr 2012 14:08 (UTC+04:00)


İran hökuməti insanların rifahı üçün tələb edilən bəzi malların ölkəyə idxalna qadağa qoyub. Bu məhsulların sırasında avtomobil, noutbuk, qol saatları, mobil telefonlar, kofe və hətta tualet kaşızı da var.

Rəsmi dövlət qəzeti olan "İran" xəbər verir ki, ümumilikdə siyahıda 75 adda məhsul var. Bu qərarı verməkdə məqsəd ölkənin sanksiyalardan əziyyət çəkdiyi bir zamanda dolların xaricə axınının qarşısını almaqdır.

İranda valyuta bazarında müşahidə olunan qiymət artımı dövləti belə br tədbir görməyə məcbur edib.

Alpər Oğuz
AzNews.az