Şimali Kiprdə ağır qəza – 2 azərbaycanlı öldü (Video)

29 Fevral 2016 15:59 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, dünən Şimali Kiprdə "GencTV"nin binası önündə ağır yol qəzası baş verib. Nicat Hacızadə adlı sürücünün idarə etdiyi "Ford" markalı avtomobilə nəzarəti itirməsi nəticəsində maşın səkiyə çırpılıb. Hadisə nəticəsində azərbaycanlı sürücü Nicat Hacızadə və Yunus Arabol vəfat edib.

Hadisə nəticəsində xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Onlardan Mehdi Laamyemin vəziyyətinin ağır olduğu, Anar Süleymanovun isə həyati təhlükəsinin olmadığı məlum olub.





Aydan Axundova