“Ortaq türk dilinin yaranması mümkün deyil” - Anar

29 Fevral 2016 16:46 (UTC+04:00)

Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

AYB sədri qeyd edib ki, Azərbaycan dilində işlədilən müəyyən sözlərə qarşı konseptual yanaşma mövcud olmalıdır: "Bütün dünya "Bolşoy teatr" deyir, biz "Böyük teatr" deyirik. Dünya "Sputnik" deyir, biz "Peyk". Niyə? Onda "La Skala" adını da tərcümə edək. Bu adlara konseptual yanaşma olmalıdır. Komissiyanın adı, "Terminologiya" sözü ruscadır. O zaman gəlin Komissiyanın adını Azərbaycan dilinə uyğun "Terminoloji" Komissiya qoyaq".

APA.az