Rasim Balayevdən çəkildiyi film haqda açıqlama: “Bitdi”

29 Fevral 2016 17:43 (UTC+04:00)

AzNews.az-a danışan aktyor çəkildiyi "Sara" bədii filminin çəkilişlərinin artıq başa çatdığını deyib: "Çəkilişlər artıq bitib. Məni Cavanşir obrazını oynamağa dəvət etdilər, çəkildim. Çəkilişlər çox qısa oldu. Obrazla bağlı nə imkanım vardısa, onu da etməyə çalışdım".

R.Balayev onu da əlavə edib ki, hazırda bekardır və ona heç bir filmlə bağlı təklif olunmayıb.

Qeyd edək ki, "Sara"nın rejissoru Elvin Əhmədov, ssenari müəllifi isə Fərəc Süleymanovdur.

Bahar RÜSTƏMLİ
AzNews.az