Hava limanına yanacaq dağıldı - Təyyarələr göydə qaldı

29 Fevral 2016 18:10 (UTC+04:00)


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu, uçuş-enmə zolaqlarından birində yanacağın dağılması ilə bağlıdır. Hadisənin nə səbəbdən baş verdiyi məlum deyil. Hava limanının mətbuat xidmətindən verilən məlumata görə, aviareyslər yaxın zamanda bərpa olunacaq.

Şirkətin rəsmi nümayəndəsi bildirib ki, hava limanına gələn təyyarələr bir müddət havada qalmalıdırlar. Zolaqların təhlükəsizliyi yoxlanıldıqdan sonra təyyarələr prioritetliyi ardıcıllığı ilə qəbul ediləcək.

Aydan AXUNDOVA