Türkiyə ordusu İŞİD-i bombaladı

29 Fevral 2016 22:08 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, zərbələr ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın əməliyyatı çərçivəsində endirilib.

Məlumata görə, İŞİD-in Hələb şəhərindən 40 km şimalda yerləşən mövqelərinə 60-dək mərmi atılıb. Terrorçulara məxsus bir çox hədəflərin məhv edildiyi bildirilir.

Qeyd edək ki, Suriyada fevralın 27-dən etibarən atəşkəs rejimi rəsmən qüvvəyə minib.

Atəşkəs rejimi "Cəbhə ən-Nüsrə", İŞİD və bir neçə terror qruplaşmalarına şamil edilmir.