Ağsuda ev yandı
1 Mart 2016 11:51 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan 4 otaqlı mənzilin ev əşyaları 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.