Kennedi vəfat etdi

1 Mart 2016 11:53 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, aktyor 91 yaşında dünyasını dəyişib. Həyat yoldaşının vəfatından sonra səhhəti pisləşən Kennedi həyatının son bir ilini xəstəxanada keçirib.

Qeyd edək ki, Corc Kennedi 1925-ci ildə anadan olub. Onun kino karyerası 1960-cı ildə "Spartak" filmində oynadığı kiçik rolla başlayıb. Bundan sonra aktyor müxtəlif film və seriallarda 150-dən çox rol oynayıb. 1968-ci ildə Kennedi "Soyuqqanlı lyuk" (Cool Hand Luke) filmindəki roluna görə "ikinci planda ən yaxşı aktyor" nominasiyası üzrə "Oscar" mükafatına layiq görülüb.

Aydan Axundova