I sinfə elektron sistem vasitəsilə qəbul başladı - Video

1 Mart 2016 12:39 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzNews.az-a verilən məlumata görə, uşaqların I sinfə qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin sistemdə qeydiyyatı bu gündən başlayaraq sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən istifadəçilər üçün 2016-2017-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə video təlimat hazırlanıb.

Eyni zamanda, BŞTİ-nin rəsmi Facebook səhifəsində bu həftə ərzində I sinfə qəbulla bağlı suallar cavablandırılacaq.