Siqaret qaçaqmalçıları ifşa edildi - Fotolar

1 Mart 2016 13:05 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublkasından Azərbaycan Respublikasına yüksüz gələn Azərbaycan Respublikası vətəndaşı Cavadov Rizvan Mirzərəhim oğlunun İdarə etdiyi "Mersedes Benz" markalı, 10 ZG264/99DE151 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin kabininin yan tərəflərindəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 8000 ədəd üzərində "MM" yazılı siqaret aşkar edilib. Avtomobildə axtarışı davam etdirən gömrükçülər bu dəfə kabinin tavanındakı gizli saxlanc yerindən eyni markalı daha 4000 ədəd siqaret aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.