İlin ən yaxşı mobil operatoru, yoxsa yeni internet fırıldağı?
1 Mart 2016 14:10 (UTC+04:00)
AzNews.az monitorinqin nəticələrini təqdim edir:
2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1235 xəbər yerləşdirilib. Bunlardan 87-si mənfi, 111-i müsbət, 1037-u isə neytral xəbərlərdir. 
Mənfi xəbərlər operatorlar arasında belə bölünüb: 
Bakcell (37 xəbər - operatorun analoqu olmayan yeni internet fırıldağı), 
Azercell (25 xəbər – operator istehlakçıların hüquqlarını kobud şəkildə pozur), 
Nar Mobile (25 xəbər - şirkətinin rəhbər vəzifələri arasında nələr baş verir?). 
Müsbət xəbərlər operatorlar arasında belə bölünüb: 
Azercell (56 xəbər - sosial şəbəkələrdə liderliyini qoruyub saxlayır), 
Bakcell (55 xəbər - 2015-ci ilin ən yaxşi mobil şəbəkəsi adina layiq görüldü).
Xəbər sayına görə sıralama:
1.	Azercell							616 xəbər
2.	Bakcell							524 xəbər
3.	Nar Mobile							94 xəbər
4.	NaxTel							1 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 148 xəbər dərc edilib. Bu xəbərlərdən 131-i neytral, 17-si müsbət xəbərlərdir.  
Müsbət xəbərlər operatorlar arasında belə bölünüb:
Bakcell (9 xəbər - operator sosial şəbəkələrdə liderliyini qoruyub saxlayır), 
Azercell (8 xəbər - operator ən yaxşı mobil şəbəkəsi adına layiq görülüb).
Xəbər sayına görə sıralama:
1.	Azercell							79 xəbər
2.	Bakcell							62 xəbər
      3.  Nar Mobile							5 xəbər	       
      4.  NaxTel 						            2 xəbər
Fevral ayında televiziya kanallarında mobil operatorlarla bağlı 6 xəbər göstərilib. 
Xəbər sayına görə sıralama: 
1.	Azercell					3 xəbər
            2 .  Bakcell							3 xəbər     
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.