Gürcüstanda qarşıdurma – Xristianlar müsəlmanlara hücum çəkdi

1 Mart 2016 15:36 (UTC+04:00)

AzNews.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, davaya səbəb pravoslavların müsəlmanlara qəbiristanlıq üçün əlavə torpaq sahəsi ayrılmasına etiraz etməsi olub. Yerli müsəlman icmasının nümayəndələri bildiriblər ki, otuz nəfərə qədər yerli xristian dindarlar kəndin mərkəzində bir qrup müsəlmana hücum edərək onları döyməyə başlayıblar. Pravoslav din xadimləri müsəlmanlara qəbiristanlıq üçün ayrıca ərazi verilməsinə etiraz ediblər. Onların fikrincə, qəbiristanlıqdan sonra müsəlmanlar məscid tikilməsini və Adigendən provaslavların tamamilə çıxarılmasını tələb edəcəklər. Onlar fikirlərini son illər ərzində rayon mərkəzində pravoslav ailəsində hər doğulan bir uşaq qarşılığında müsəlman ailəsində 3 uşağın dünyaya gəlməsi ilə əsaslandırıblar.

Əldə olunan məlumata görə müsəlmanlar və pravoslavlar arasındakı kütləvi dava ilə əlaqədar Gürcüstan DİN-də araşdırma başladılıb.

Aydan AXUNDOVA