Azercell 4-cü Karyera Sərgisində - Foto

1 Mart 2016 17:28 (UTC+04:00)


AzNews.az xəbər verir ki, ilk dəfə olaraq sərgidə Azercell Tələbə Proqramları çərçivəsində "Karyera Brendini Yarat" adlı seminar ilə tələbələr qarşısında çıxış edib. Azercell nümayəndələri seminarda tələbələrlə görüşərək onlara karyera həyatının dəyərli seçimini etməkdə - Şəxsi Brendini yaratmaqda dəstək olublar. Şirkət əməkdaşları tələbələrə müsahibəyə professional hazırlaşma, özünü effektiv təqdimetmə texnikası və üsulları, şəxsiyyətin və vahid xüsusiyyətlərinin müəyyən edilməsi, "işə qəbul mütəxəssisi sizin haqqınızda nə düşünür" və müsahibəyə dair daha ətraflı faydalı göstərişlər mövzusunda seminarlar keçiblər. Seminarda 100-ə qədər tələbə iştirak edib.

Qeyd edək ki, tədbirin təşkilində əsas məqsəd "ADA" Universitetinin tələbə və məzunlarını ölkəmizdəki iş bazarının imkanları ilə tanış etmək, gənclərin istedadını daha səmərəli təqdim etmək, inkişafda olan sənaye sahələri, dövlət və özəl sektorun insan kapitalı ehtiyacı barədə aydın təsəvvür yaratmaqdır.

Məlumat üçün bildirək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır.