Əfv Komisiyasının yeni tərkibdə - İlk iclası

1 Mart 2016 18:12 (UTC+04:00)


Komissiyanın üzvü Mehdi Mehdiyevin verdiyi məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.

Onun sözlərinə görə, komissiyaya əfvlə bağlı xeyli sayda müraciət daxil olub və araşdırılır: "Komissiyanın bir neçə iclasının keçirilməsi nəzərdə tutulur".

M. Mehdiyev Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağına ümid etdiklərini də bildirib.

APA.az