Azərbaycan deputatı AŞ PA Bürosunun iclasında iştirak edəcək

1 Mart 2016 20:26 (UTC+04:00)

AzNews.az-ın Milli Məclisin mətbuat xidmətinə istinadən məlumatına görə, Büro iclasında Avropa Şurasının baş katibi Torbyorn Yaqland və bir sıra vəzifəli şəxslərin çıxışları dinləniləcək, habelə Qazaxıstan, Makedoniya və Serbiyada son parlament seçkilərinin nəticələri ilə bağlı məsələlərə baxılacaq.

Qurumun Daimi Komitəsinin yığıncağında miqrasiya, qaçqınlar, məcburi köçkünlər və miqrantlar problemi, vətənindən kənar düşmüş uşaqların vəziyyəti, Avropadakı muzey və kitabxanaların müasir durumu, Kinematoqrafiya istehsalı üzrə Avropa konvensiyasının layihəsi müzakirə olunacaq.

Səfər martın 5-də başa çatacaq.