Dollarla əmanəti olanlara şad xəbər - Tam sığortalandı

1 Mart 2016 20:45 (UTC+04:00)

Bu barədə iqtisadçı-ekspert Samir Əliyev məlumat verib. O, fərmandan bir hissəni əhalinin nəzərinə çatdıraraq, hətta dollarla əmanəti olan şəxslərə gözaydınlığı da verib:

"01 mart 2016-cı il tarixdə qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı banklardakı əmanətlər 3 (üç) il müddətində tam sığortalanır.

01 mart 2016-cı il tarixindən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3 faizdən və milli valyutada 12 faizdən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir".


Qafqazinfo