Avtobuslara qayıdış bileti də almaq mümkün olacaq - Video

1 Mart 2016 21:44 (UTC+04:00)

Sərnişinin dediyi kimi Bakı Beynəlxalq Avtovağzalından bölgələrə yalnız birtərəfli qaydada bilet satışı həyata keçirilir. Əks istiqamətə, qayıdışa isə əvvəlcədən bilet almaq olmur. Buna görə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti ikitərəfli biletin internet vasitəsi ilə onlayn satışı üçün sistem üzərində işləyir.

Sistem hazır olduqdan sonra həm Bakıdan, həm də rayonlardakı avtovağzalların kassalarından əvvəlcədən gediş-gəliş biletini almaq mümkün olacaq. Məqsəd xüsusilə də bayram günlərində rayonlara gedib, dönüşdə yaşanan sıxlığın qarşısını almaqdı.

Gediş-gəliş biletinin qiymətində həm onlayn, həm də kassadan alınarkən heç bir artım olmayacaq. Yaxın vaxtlarda tətbiq ediləcək sistem sərnişinlərlə yanaşı sürücülərin də ürəyincədir.

Bakı Beynəlxalq Avtovağzalda bilet satışı kassaları isə üçüncü mərtəbəyə qaldırılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızının sözlərinə görə Novruz bayramı ilə əlaqədar martın 15-dən tətil qurtarana qədər avtovağzal gücləndirilmiş iş rejmində işləyəcək.





Xezerxeber.com