İsmayıllıda yanğın baş verdi

2 Mart 2016 09:44 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İsmayıllı rayonu, Pirdinar kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.