Rəqs etmək üstündə dava düşdü - Əmisini öldürdü

2 Mart 2016 10:37 (UTC+04:00)

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Təzəkənd qaçqın düşərgəsində qeydə alınıb.

Qəsəbə sakini 1986-cı il təvəllüdlü Cabir Məhəmməd oğlu Fərəcov və onun 1970-ci il təvəllüdlü əmisi Seymur Fərəc oğlu Fərəcov qohumlarının ad günü məclisində iştirak ediblər və birgə yeyib-içiblər. Daha sonra sərxoş əmi və qardaşoğlu arasında rəqs etmək üstündə mübahisə yaranıb. Sərxoş vəziyyətdə olan qardaşoğlu 46 yaşlı əmisini bıçaqlayıb. Bıçaq yarası alan S. Fərəcov Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən 30 yaşlı Cabir Fərəcov tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

anspress.com