Xırdalanda ağır yol qəzası - 1 nəfər öldü

2 Mart 2016 14:30 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Martın 1-də saat 06 radələrində Xırdalan şəhərində Qobu qəsəbə sakini Sahibcan Məlikov idarə etdiyi "VAZ-2106" markalı avtomobili Sumqayıt şəhər sakini Vüqar Hüseynova məxsus yolun kənarında dayanan "KamAZ" markalı avtomobilə vurub. Nəticədə S.Məlikovun sərnişini Rəhman Rəhmanzadə hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.