Nizami Qocayev ədliyyə sisteminə gətirildi - Yenilənib

2 Mart 2016 18:08 (UTC+04:00)

AzNews.az femida.az-a istinadən xəbər verir ki, bu vəzifəyə İsmayıllı rayon Polis Şöbəsinin bu gün işdən çıxarılan rəisi Nizami Qocayev gətirilib.

***

Qafqazinfo isə Nizami Qocayevin əslində Gəncə şəhər Məhkəmə Qərarları İcrası Baş İdarəsinə rəhbər təyin olunduğu barədə məlumat yayıb.

***
17:40

İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.

Şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.

Rayon Polis Şöbəsindən N. Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir.

N. Qocayev daha yüksək vəzifəyə təyinat alıb.

APA.az