Həsən Həsənova prezident təqaüdü veriləcək

2 Mart 2016 18:37 (UTC+04:00)


AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Həsən İbrahim oğlu Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.