«Fənərbağça» prinsipial görüşdə qalib gəldi
8 Noyabr 2012 19:57 (UTC+04:00)
Türkiyənin Avroliqada yeganə təmsilçisi "Fənərbağça" bu gün "C" qrupunda 4-cü oyuna çıxıb. AzNews.az xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda Kiprin "Limasol" klubunu qonaq edən "sarı-lacivərdlilər", 2:0 hesabı ilə qalib gəliblər.
Prinsipial görüşdə qolları Dirk Kuyt və Moussa Sou vurublar. Hər 2 futbolçu ilk hissədə fərqlənib.
Bu matçdan sonra qrupda xalını 10-a yüksəldən İstanbul təmsilçisi liderliyini qorumaqla yanaşı, 1/16 finala adlamaq vəzifəsini əməli olaraq həll edib.
Sözügedən qrupda digər matçda Marsel "Olimpik"i (Fransa) evdə Münhenqladbax "Borussiya"sı (Almaniya) ilə heç-heçə oynayıb – 2:2. İndi hər 2 kollektivin hesabında 5 xal var və bu komandalar müvafiq olaraq, 2-3-cü yerləri bölüşdürürlər.
Kamran Hacı
AzNews.az