Prezident 2016-cı il üçün dövlət büdcəsini təsdiq etdi

2 Mart 2016 20:54 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda aşağıdakı dəyişikliklər edilib: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 822 000,0 min manat, xərcləri 18 495 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 16 055 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 16 953 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat).