Tovuzda yanğın baş verdi

3 Mart 2016 09:17 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Tovuz şəhərində beşmərtəbəli binanın 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin mətbəxində mətbəx mebeli 10 kv.m sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib və aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.