Oksigen doldurma məntəqəsində bədbəxt hadisə - 1 nəfər öldü

3 Mart 2016 09:40 (UTC+04:00)

Nəticədə 49 yaşlı kişi ölüb. Oksigen balonu yaranmış təzyiq nəticəsində partlayıb və həmin məntəqədə çalışan 1967-ci il təvəllüdlü Məmmədov Füzuli Seyran oğlu zərbənin gücündən divara çırpılıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə-tibi ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

APA.az