Hamiləliyinin beşinci ayını yaşayan azərbaycanlı müğənni imtina etdi

9 Noyabr 2012 05:12 (UTC+04:00)


Milli.Az xəbər verir ki, xoş anlar yaşadığını gizlətməyən Xatirə səhhətinin normal olduğunu söylədi: "Əslində bu barədə danışmağa bir az utanıram. Ayda bir dəfə həkim nəzarətindən keçirəm. Sırf pərəstişkarlarım narahat olmasınlar deyə, məlumat verirəm ki, həm özümün, həm də bətnimdəki körpəmin səhhəti yaxşıdır. Qızımın, yoxsa oğlumun olacağını isə söyləmək istəmirəm. Bunu hələlik kiçik bir sirr kimi saxlamaq istəyirəm. İnşallah, doğulanda hamı biləcək. Bəzi məhrumiyyətlərim var. Bir aydır ki, el şənliklərinə getmirəm. Ev şəraitində istirahət edirəm. Allah-Təaladan bütün qızlarımıza gəlin köçüb, keçirdiyim hissləri yaşamaqlarını arzulayıram".

AzNews.az