Direktorun intiharı ilə bağlı DİN-dən - Açıqlama

3 Mart 2016 12:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, martın 2-də saat 05 radələrində Lerik rayonunun Veri Əliabad kəndində kənd sakini Adil Rəhimov aralarında olan münaqişə ilə əlaqədar həmkəndlisi Seyid Qurbanovun yaşadığı evə gəlib tüfəngdən onun istiqamətində 1 dəfə atəş açıb (güllə S.Qurbanova dəyməyib), bıçaqla ona və onun arvadı Sevdaya xəsarət yetirib hadisə yerini tərk edib. O, kəndin qəbristanlığına gedərək həmin tüfəngindən açdığı atəşlə özünü öldürüb.

Lerik RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 16 kalibrli lüləsi kəsilən ov tüfəngi, 1 ədəd qumbara və 1 ədəd mətbəx bıçağı götürülüb.

S.Qurbanov xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar cinayət işi başlayıb. Araşdırmalar aparılır.