Məşhur musiqiçi Zeynəb Xanlarovanın ansamblında - Foto

3 Mart 2016 12:05 (UTC+04:00)

Bu barədə AzNews.az-a ifaçının özü məlumat verib. Onun sözlərinə görə, dəvət Z.Xanlarovanın özündən gəlib: "Dəvət gəldi, mən də qəbul etdim. Məşq etdiyimiz məkanda görüşdük. O, məni həddən artıq bəyəndiyini dedi. Bir aya yaxındır ki, Zeynəb xanımla işləyirəm. Onun hər bir sözü faydalıdır".

Z.Qubadlı qeyd edib ki, Z.Xanlarovanın hər musiqiçini bəyənməməyə haqqı var: "Məndən əvvəl ansamblda Vəli Qədimov işləyib. Allah rəhmət eləsin ona, o, Zeynəb xanımla uzun müddət bir yerdə işləyib. Zeynəb xanım bizim canlı əfsanəmizdir".

Bahar RÜSTƏMLİ
AzNews.az